RU

Cəlilabadda su bəndi yenidən qurulur

Cəlilabad rayonunda Sarıqaya su bəndində yenidənqurma işləri aparılır.

Bu barədə Report-un Muğan bürosuna Cəlilabad rayon Suvarma Sistemləri İdarəsindən məlumat verilib.

Bundan başqa, məlumata görə, Hamarqışlaq, Privolnoye, Uzuntəpə-1, Uzuntəpə-2 və Ocaqlı sututarlarında (su bəndi) da yenidənqurma işləri davam etdiriləcək. Məqsəd əkin sahələrinin su təminatının yaxşılaşdırılmasıdır.

Hazırda rayonda ümumi tutumu 28,5 milyon kubmetr olan 20 sututar var.

Избранный
17
2
hurriyyet.az

3Источники