RU

Fransanın məğlubiyyəti... Azərbaycanın COP zəfəri

“Fransanın rəhbərlik etdiyi bəzi marginal Qərb dairələrinin və erməni lobbisinin Azərbaycana qarşı birgə mühüm bir layihəsi vardı. Bu layihənin məqsədi əslində Azərbaycana qarşı informasiya müharibəsi elan etmək və COP29-u maksimum dərəcə də gözdən salmaq, Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsinin uyğun olmadığını dünyaya çatdırmaq və Azərbaycanla bağlı dezinformasiya yayaraq ölkəmizin beynəlxalq imicinə zərbə vurmaqdan ibarət idi. Ancaq bu baş tutmadı”.

Bu fikirləri AzNews.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili qeyd edib ki, artıq COP29 tədbiri dünyanın bir nömrəli tədbiri kimi tarixə qovuşmaqdadır və bütün parametrlərinə görə elə yenə də COP29 tarixində bir nömrəli kimi də yadda qalmaqdadır.

“Ona görə də düşünürəm ki, bu dırnaqarası informasiya müharibəsində də Fransanın rəhbərlik etdiyi marginal Qərb dairələri və erməni lobbisi Azərbaycana uduzmuş oldu. Şübhəsiz ki, ilk növbədə Azərbaycan prezidenti öz çıxışı COP29 tədbirində açılış nitqi ilə qətiyyətli, məntiqli, əsaslandırılmış mövqeyi ilə bu informasiya müharibəsinin fundamentini alt üst etmiş oldu. Azərbaycanın beynəlxalq nüfuzunu nəzərə alan çoxsaylı dövlətlərin, dövlət, hökumət başçılarının, çoxsaylı təşkilatların, hətta qeyri-hökümət təşkilatlarının COP29-da fəal iştirakı erməni və Qərbin islamofob mərkəzlərinin qarayaxma kampaniyasına ən yaxşı cavab oldu. Nəhayət olaraq isə Azərbaycan prezidentin köməkçisi Hikmət Hacıyevin sərrast cavabları, ölkəmizin daxilində yerləşdirilmiş ermənipərəst mərkəzlərin, eyni direktiv olan bəzi media qurumlarına verdiyi cavablar, əslində anti-Azərbaycançı media mərkəzlərinin özünün ifşasına gətirib çıxartdı. Onların verdiyi sualla əslində özlərini ifşa etməsini biz çox aydın şəkildə gördük. Beləliklə, Azərbaycan bu informasiya müharibəsində də öz mövqelərinin nə qədər haqlı olduğunu bir daha dünya ictimaiyyətinə çatdıra bildi”.

Rəfiqə NAMAZƏLİYEVA

Избранный
46
aznews.az

1Источники