RU

Ölkələr COP29 çərçivəsində birləşməlidir - Quterreş

BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişikliyi ilə mübarizə aparmaq və iqlim ədalətinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın vacibliyinə diqqət çəkib.

"Unikal' xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Paris Sazişinə əsaslanan beynəlxalq əməkdaşlıq iqlim fəaliyyəti üçün zəruridir. Geosiyasi fikir ayrılıqları şəraitində ölkələr iqlim ədalətini təmin etmək və bizi bəşəriyyət üçün layiqli dünya qurulmasına yaxınlaşdırmaq məqsədilə COP29 çərçivəsində birləşməlidir", - Baş katib qeyd edib.

Qeyd edək ki, COP29 sədrliyinin bu gün yaydığı bəyanatda bildirilir ki, COP29 çərçivəsində iqlim maliyyələşdirməsinin illik 250 milyard dollara çatdırılması təklif edilir.

Избранный
22
2
unikal.az

10Источники