RU

Rusiya qadağan etdi: 5 il ərzində o mövzudan danışılmayacaq

  “Roskomnadzor”un qərarına əsasən 30 noyabrdan sonra Rusiyada VPN servislərinin tam qadağan olunacağı açıqlanıb.

Məlumata görə, ölkədə hətta VPN servisləri ilə bağlı müzakirələr aparmaq, məsələ haqda danışmaq belə qanunsuz hesab ediləcək. Lakin bu qadağanın 2029-cu ilədək qüvvədə qalmasının nəzərdə tutulması ictimaiyyətdə müzakirələrə səbəb olub.

Rusiyanın xarici aləmə tam olaraq qapanması bu ölkəyə nə vəd edir?

Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, hazırda dörd qlobal güc mərkəzindən biri hesab edilən və böyük hədəfləri olan bir ölkə üçün bu qərarın verilməsi tamamilə anlaşılmazdır:

 “Biz texnologiya və qloballaşma əsrində yaşayırıq. Bütün dünya ölkələri bir-birinə sıx inteqrasiya olunur. Belə bir məqamda dünyadan, ümumi sistemdən “qopmaq” istənilən ölkəni məhvə apara bilər. Bu şəkildə izolyasiya olunmaq Rusiyanı geriyə, tənəzzülə aparacaq. Rusiya siyasi rəhbərliyi supergüc olma hədəfində israrlıdırsa 21-ci əsrin oyun qaydalarına ayaq uydurmalı və ən əsası dünya ilə arasına sədd çəkməməlidir.

Məsələn, Şimali Koreya nümunəsi məsələ ilə bağlı yaxşı örnəkdir. Burada tam izolyasiya olmuş, hərbiləşmiş və yoxsul bir ölkədən söhbət gedir. Hətta vətəndaşların internetə çıxışı belə yoxdur. 21-ci əsrdə isə bu şəkildə tərəqqiyə nail olmaq mümkün deyil. İnkişaf üçün əsrin oyun qaydalarına ayaq uydurmaq lazımdır”.  

Избранный
25
referans.az

1Источники