RU

Qızıl yataqlrı hərraca çıxarılır



Qazaxıstanda bir sıra faydalı qazıntı yataqları hərraca çıxarılır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstan Sənaye Nazirliyi 26 qızıl, gümüş, qurğuşun və sink yatağı üzrə hərrac elan edildiyini açıqlayıb.

Nazirlik 26 faydalı qazıntı yatağı üzrə elektron hərrac elan edib.

Elektron hərrac 29 yanvar 2025-ci il tarixində dövlət əmlakının dövlət reyestrinin e-qazyna.kz internet portalında keçiriləcək. Hərracda iştirak etmək üçün ərizələr 15 yanvar 2025-ci il tarixinədək “minerals.e-qazyna.kz” vahid portalı vasitəsilə qəbul ediləcək.

Hərraclar Nazirliyin rəsmi internet saytında keçirildikdən sonra hər bir sektor üzrə hərracın nəticələrinin protokolları mütəmadi olaraq dərc ediləcək, orada qalib şirkətlərin adları, habelə imzalanan mükafatların yekun məbləğləri əks olunacaq.

Mehman Mehdiyev
Избранный
29
newscenter.az

1Источники