RU

17 yaşlı qız Kaliforniya tarixində imtahandan keçən ən gənc vəkil oldu

Kaliforniyada 17 yaşlı qız ştat tarixində vəkillik imtahanını verən ən gənc vəkil olub. 

Qaziler.az xəbər verir ki, bu barədə "Good News Network" yazıb. 

Mətbuatın yazdığına görə, nailiyyət 17 yaşlı Sofiya Parka məxsusdur. Maraqlıdır ki, bundan əvvəl rekord onun qardaşı Peterə məxsus idi. Kaliforniya Ştat Vəkillər Kollegiyasının icraçı direktoru Lea Wilson qızın uğurunu belə şərh edib.

“Sofiya Parkı imtahandan uğurla keçməsi münasibətilə təbrik edirik. Bu, böyük nailiyyətdir”, - açıqlamasında qeyd edilib.

İmtahandan uğurla keçməsinə baxmayaraq, Sofiya yalnız 18 yaşına çatdıqdan sonra rəsmən hüquqşünas ola biləcək. Gələcəkdə qardaşından nümunə götürərək Tulare dairəsində prokuror işləməyi planlaşdırır.

QAZİLER.AZ

Избранный
17
qaziler.az

1Источники