RU

Özünü diplomat kimi təqdim edən şəxsin üzərindən 70 kilo qızıl çıxarıldı

Türkiyədə ticarət mərkəzlərinin birinin qarşısında aparılan axtarış zamanı diplomat olduğunu iddia edən şəxsin üzərindən 70 kiloqram qızıl aşkar edilib. Adı açıqlanmayan şəxsin Azərbaycanlı olduğu bildirilir. 

 

Sfera.az xəbər verir ki, hadisə ilə bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən istintaq araşdırılması aparılır.

 

İstintaq İstanbul Respublika Prokurorluğunun təlimatı ilə Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi qrupları tərəfindən təşkil edilib. Araşdırma zamanı məlum olub ki, içərisində Azərbaycan vətəndaşı M.G.Ş.-nin olduğu taksi Sarıyer rayonunda “Vadi İstanbul” adlı ticarət mərkəzinin qarşısında saxlanılıb.

 

Taksidə aparılan axtarış nəticəsində şübhəlinin üzərindən 70 kiloqram qızıl aşkar edilib. M.G.Ş qızılların ona məxsus olduğunu iddia edib. O, həmçinin Azərbaycanda diplomat olduğunu iddia edib. Məsələ ilə bağlı İstanbul Respublika Baş Prokurorluğunun təlimatı ilə istintaq araşdırması davam edir.

 

Aylin

Sfera.az

Избранный
41
50
sfera.az

10Источники