RU

Niyə İsveçrənin digər ölkələr kimi paytaxtı yoxdur?

Çoxumuz Bern şəhərini İsveçrənin paytaxtı kimi tanıyırıq. Lakin, təəccüblü də olsa, İsveçrənin əslində rəsmi paytaxtı yoxdur. 

 

Sfera.az sizə bu yazıda niyə belə olduğunu və İsveçrənin digər ölkələrdən nə ilə fərqləndiyini təqdim edir. 

 

 

Paytaxtın yeri əksər ölkələrin konstitusiyalarında və ya qanunlarında aydın şəkildə göstərilib. Məsələn, Azərbaycanın paytaxtı Bakıdır, 1918-ci il sentyabrın 17-də Gəncədən Bakıya köçürülməklə, Bakı rəsmən Cümhuriyyətin paytaxtı elan edilib. Bu tarixdən etibarən Bakının paytaxt olması rəsmi olaraq qüvvəyə minib.

 

İsveçrə konstitusiyasında belə bir qərar yoxdur. Nə 1848-ci il konstitusiyası, nə də sonrakı dəyişikliklər heç bir şəhəri paytaxt kimi tanımayıb.

 

 

Buna səbəb İsveçrənin digər ölkələr kimi vahid mərkəzdən idarə olunan struktur yaratmaqdan yayınmasıdır.

 

Bern İsveçrədə federal hökumətin bəzi binalarına ev sahibliyi edir və buna görə də xalq arasında "paytaxt" kimi tanınır. Lakin İsveçrə hökumətinin bütün orqanları faktiki olaraq Berndə toplaşmır.

 

Məsələn, İsveçrə Federal Cinayət Məhkəməsi italyandilli Bellinzonada, Ali Məhkəmə isə fransızdilli Lozannada yerləşir.

 

Başqa sözlə, İsveçrədə hökumət strukturları müxtəlif şəhərlər arasında səpələnib.

 

İsveçrənin paytaxt təyin etməmək qərarı ölkənin tarixindən irəli gələn bir qərardır. Keçmişdə İsveçrənin müxtəlif bölgələri kanton adlanan yarı müstəqil dövlətlər kimi idarə olunurdu.

 

 

Kantonlar müstəqilliklərini qoruyaraq birləşmək qərarına gəldikdə, mərkəzi kapitaldansa, güclər balansını qorumağa üstünlük verdilər.

 

Beləliklə, heç bir kanton və ya şəhər digərlərindən daha güclü və ya əhəmiyyətli deyil. Məhz buna görə də digər Avropa ölkələrindən fərqli olaraq, İsveçrənin rəsmi paytaxtı yoxdur.

 

Aysel

Избранный
25
sfera.az

1Источники