RU

Matçda yumruqlar havada uçdu

Argentina çempionatının 23-cü turunun “İndependiente Rivadavia” – “River Pleyt” matçı futbolçular arasında kütləvi dava ilə yekunlaşıb.

Publika.az xəbər verir ki, “Boka Xuniors”un sabiq futbolçusu, kolumbiyalı Sebastyan Vilya ilk hissədə qola imza atıb. İkinci hissəyə əlavə olunan 9-cu dəqiqədə isə Ezekiel Hama qələbənin ötürməsini verib. Qələbə qolunu qeyd edən Vilya əlləri ilə rəqiblərinə doğru pulemyot atışını təqlid edib.

Final fitindən dərhal sonra qonaq futbolçular öz şikayətlərini Villaya bildirməyə tələsiblər. Yarımmüdafiəçi meydanı tərk etmək istəyərkən pilləkənlərdə Qonzalo Martinez ona arxadan hücum edib və boynundan tutub. Meydanda qalan futbolçular və hər iki komandanın məşqçilər korpusunun üzvləri mübahisəni davam etdiriblər.

Sosial şəbəkələrdə “River Pleyt”in təhlükəsizliyinə cavabdeh olan Dieqo Morenonun “İndependiente Rivadavia”nın fitnes məşqçisi Ramiro Loqersionun üzünə yumruq vurması ilə bağlı görüntü yayılıb. Komandalar arasında qızğın mübahisə tribuna ərazisində davam edib.

“River Pleyt”in baş məşqçisi Marselo Qalardo mətbuat konfransında komandasının təxribata məruz qaldığını, lakin futbolçularının davranışına haqq qazandırmadığını vurğulayıb.

Избранный
63
publika.az

1Источники