Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani Dünya Güləş Birliyinin (UWW) yeni təlimatçısı seçilib.
Sportinfo.az xəbər verir ki, gənc mütəxəssis yeni funksiyasını 2025-2026-cı illər ərzində UWW-nin müxtəlif ölkələrdə keçirəcəyi nəzəri və praktiki təlimlərdən ibarət olan məşqçilik kurslarında icra edəcək.
Gələn il ilk belə tədbir yanvarın 23-26-da Serbiyada təşkil olunacaq.