RU

Bakının bu tələbi var: iddiaları geri çəkmək isə... - Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan Bakı və İrəvanın qarşılıqlı olaraq məhkəmə iddialarını geri götürülməsi imkanlarından danışıb.

Axar.az xəbər verir ki, Paşinyan bu barədə İctimai Televiziyaya müsahibəsində deyib.

“Əgər biz həqiqi sülhə nail olsaq və sülh müqaviləsi imzalasaq, o zaman belə razılaşmanı nəzərdən keçirmək olar. Bu o deməkdir ki, keçmişdə baş vermiş hadisələrə görə nə biz, nə də onlar bir-birimizə qarşı iddia qaldırmalıyıq”, - deyə o bildirib.

Sərhəddə avropalı müşahidəçilərin olmasına gəlincə, Paşinyan, əslində, Azərbaycan tərəfdən belə bir tələbin olmasını inkar etməyib. Eyni zamanda o qeyd edib ki, İrəvan əks təkliflə - sərhədin delimitasiyası aparılacaq hissələrdən müşahidəçiləri geri çəkmək təklifi ilə çıxış edib.

Избранный
7
1
axar.az

10Источники