RU

“O, Azərbaycanla matçda qarşısıalınmaz idi”

İsveç millisinin futbolçusu Ken Sema komanda yoldaşı Viktor Dyökereş barədə müsbət fikirlər səsləndirib.

Futbolinfo.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi forvardın UEFA Millətlər Liqasının son turunda Azərbaycan millisi ilə ev matçında poker etməsinə münasibət bildirib.

O, Dyökereşi İsveçin əfsanəvi futbolçusu Zlatan İbrahimoviçlə müqayisə edib: “Azərbaycanla oyunda dörd qol vurmaq böyük göstəricidir. Viktor həmin matçda qarşısıalınmaz idi. O, İbrahimoviç səviyyəsindədir. Bu qədər çox qol vurmağa davam etsə, bəlkə də Zlatanın rekorduna yaxınlaşacaq. Amma Zlatan da böyük addır. Görək Dyökereş gələcəkdə necə olacaq”.

Qeyd edək ki, İsveç millisi Stokholmdakı görüşdə yığmamızı 6:0 hesabı ilə məğlub edib.

Избранный
60
futbolinfo.az

1Источники