RU

Məhkəmə kişini bıçaqlayıb, arvadını isə ölümlə hədələyən şəxslə bağlı qərar verdi

Şirvan Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə və öldürməklə hədələmədə təqsirləndirilən Novruz Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, hadisə 27 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı Kürdəmir rayonu Yeni Şıxımlı kəndində qeydə alınıb.


Belə ki, Novruz Əhmədov həmkəndliləri – B.Abıyevanı ölümlə hədələyib, onun həyat yoldaşı T.Əliyevi isə bıçaqlayıb.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi Novruz Əhmədovun cəzasını 10 il 6 aya endirib. Həmin qərarından narazı qalan dövlət ittihamçısı kassasiya protesti verib. Ali Məhkəmənin qərarına əsasən, kassasiya protesti təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin çıxardığı qərarı ləğv olunub, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilib.

Kamal Məmmədov 

Tarix: 23 Noyabr 2024, 09:13   
Избранный
27
26
pravda.az

10Источники