1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Gəncədə bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Unikal"ın məlumatına görə, hadisə Gəncə Beynəlxalq Hava limanın yaxınlığında baş verib.
Yüksək sürətlə hərəkətdə olan minik maşını beton hasara çırpılıb. Zərbənin təsirindən avtomobilin bir neçə ehtiyat hissəsi yolunun kənarına dağılıb. Qəzadan sonra avtomobildə yanğın olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, avtomobil yanaraq yararsız hala düşüb.
Minik maşının sürücüsü 2005-ci il təvəllüdlü E.Paşayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.