RU

Paşinyan Poqosyana yüksək vəzifə verdi

"Ermənistan Baş prokurorunun müavini Artur Poqosyan Ermənistan İstintaq Komitəsinin rəhbəri təyin ediləcək".

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin ictimai televiziyasına müsahibəsində deyib.

Paşinyan əlavə edib ki, Dövlət Gəlirləri Komitəsinin rəhbəri postuna bir neçə namizəd nəzərdən keçirilir.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan İstintaq Komitəsinin sədri Arqişti Kyaramyan istefa ərizəsi yazıb. Paşinyan isə bildirib ki, bəzi məmurlara mesaj yazaraq istefa vermələrini istəyib.

Избранный
37
3
musavat.com

10Источники