RU

Qubada lll İdman Festivalının təntənəli açılış mərasimi olub

“İdman paytaxtı” Qubada təşkil olunan lll İdman Festivalının təntənəli açılış mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalda 23 idman növü üzrə 100 idmançı (13-15 yaşlı), 34 məşqçi iştirak edir. İdman tədbirinə Azərbaycanla yanaşı, Türkiyə və Mərakeşdən də idmançılar qatılıblar.

Qubadakı Nizami Gəncəvi adına parkda keçirilən açılış mərasimində iştirakçılar əvvəlcə müxtəlif idman növlərində nümunəvi çıxışları izləyiblər. Bəzi idman növlərində isə izləyicilər də çıxışlara qatılıblar.

Fərid Qayıbov mərasimdə tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, festivalın keçirilməsində əsas məqsəd idman növlərini gənclərə aşılamaq, sevdirmək, idmançılar arasında ünsiyyəti daha da yaxşılaşdırmaqdır. Festival çərçivəsində idmançılar üçün əyləncəli-maarifləndirici tədbirlər, müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı və digər fəaliyyətlər təşkil olunur.

Nazir deyib ki, ölkə başçısının tapşırığı ilə idmanın kütləviliyi, idmançıların peşəkar səviyyəsinin artırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Ənənəvi keçirilməsi nəzərdə tutulan festivalın növbəti ünvanı Qəbələ şəhəri olacaq.

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Azərbaycan idmanının inkişaf etdirilməsində misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin “Respublikamızda bədən tərbiyəsi və idman geniş yayılmalıdır” ideyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən danışıb. Bildirilib ki, ölkə rəhbərinin apardığı uğurlu idman siyasətinin nəticəsi olaraq bu gün Azərbaycan beynəlxalq idman yarışlarına ev sahibliyi edir, ölkəmizdə idmanın kütləviliyi təmin olunması üçün məqsədyönlü və kompleks tədbirlər həyata keçirilir.

Daha sonra iştirakçılar Mərdan Kazımovun ifasında konsert proqramını izləyiblər.

Избранный
17
yeniazerbaycan.com

1Источники