RU

"ChatGPT"də yeni trend - Öz həyatını təsvir et

Süni intellekt dedikdə ilk ağla gələn tətbiqlərdən biri "ChatGPT"dir. "OpenAI" şirkəti tərəfindən hazırlanan bu model müxtəlif xüsusiyyətlərə malikdir və istifadəçilərə fərqli imkanlar təqdim edir. Bu imkanlardan biri də özünə aid və ya həyatınızı təsvir edən görüntülər yaratmaqdır.

EDnews xəbər verir ki, "ChatGPT" yalnız mətnlər yaratmaq və sualları cavablandırmaqla kifayətlənmir. İstifadəçilər həmçinin öz həyatlarını və düşüncələrini vizual olaraq təsvir edə bilərlər. Onlar "ChatGPT"dən özləri haqqında bildiklərinə əsaslanaraq şəkil çəkdirirlər.

İstifadəçilər bu xüsusiyyətdən istifadə edərək özləri haqqında süni intellektin bildiyi məlumatlar əsasında, həyatlarını təsvir edən şəkillər əldə edir, bu görüntüləri sosial mediada paylaşırlar.

Bəs bu cür fotonu necə əldə etmək olar? Bunun üçün bu addımları izləyə bilərsiniz:

1. ChatGPT-yə giriş edin: Tətbiq və ya platformaya daxil olun.

2. Yeni söhbət başladın: Sual və ya prompt daxil etmək üçün bir pəncərə açın.

3. Əmr verin: “Haqqımda bildiklərinizə əsaslanaraq, indiki həyatımı necə təsəvvür edirsənsə, o görüntünü yarat” kimi bir əmr yaza bilərsiniz.

4. Təsviri daha da dəqiqləşdirin: Məsələn, hansı mühitdə olmaq istədiyinizi, hansı rənglərin üstünlük təşkil etdiyini və ya hansı hissləri əks etdirmək istədiyinizi təsvir edin.

Nəticəni əldə edin: "ChatGPT" məlumatları "DALL-E" kimi vizual yaradıcıya ötürərək nəticəni təqdim edir.

Bu xidmətlərdən istifadə zamanı şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. Süni intellekt proqramları ilə əlaqəli təhlükəsizlik məsələlərini nəzərə alın və şəxsi məlumatlarınızı yalnız lazım olduğu qədər paylaşın.

Избранный
17
1
ednews.net

2Источники