RU

Gürcüstan prezidenti müxalifətdən narazıdır

Gürcüstan prezidenti Salome Zurabişvili müxalifətin hərəkətlərindən narazı olduğunu bildirib...

Poliqon xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili “Mtavari Arxi” telekanalına müsahibəsində parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifətin hərəkətlərindən narazılığını ifadə edib.

“Heç kim müxalifətdən razı deyil - nə mən, nə də əhali, çünki müxalifət özünü başqa şeyə hazırlanmışdı. Biz nizamnamə planını, hansı qanunları qəbul etməli olduğumuzu, növbəti seçkiyə necə getməli olduğumuzu bilirdik”, deyə Gürcütan prezidenti müsahibəsində qeyd edib.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanın ali qanunverici orqanına seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası parlamentdəki 150 yerdən 89-unu qazanaraq seçkinin qalibi olub. Lakin müxalifət və Gürcüstan prezidenti seçkinin nəticələrini tanımaqdan imtina edib.

Zurabişvili Gürcüstan vətəndaşlarını parlament seçkilərinin nəticələrinə etirazlarını davam etdirməyə çağırıb. Onun sözlərinə görə, cəmiyyət seçkinin nəticələri ilə barışmamaq üçün öz hərəkətlərini davam etdirməlidir.

Poliqon.info

Избранный
28
poliqon.info

1Источники