Keçmiş UFC çempionu, irlandiyalı Konor Makqreqor təcavüzdə təqsirli bilinib.
News24.az xəbər verir ki, bu barədə “Irish Examiner” qəzeti məlumat yayıb.
“Qarışıq döyüş ustası Konor Makqreqoru altı il əvvəl Dublin otelində zorlamaqda ittiham edən qadın Ali Məhkəmədə mülki təzminat iddiasını qazanıb”,- deyə nəşrdə qeyd edilib.
Makqreqor təqribən 250 min avro təzminat ödəməli olacaq. İdmançı özü məhkəmə zamanı ittihamları rədd edib.
\\Söz.az