RU

Almaniyalı nazir Qubad İbadoğlu ilə görüşüb - VİDEO

Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrın 22-də axşam Turan agentliyinin ofisində Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirib. Bu barədə Turan agentliyi məlumat yayıb. 

Görüşdə agentliyin rəhbərliyi ilə yanaşı, iqtisadçı ekspert Qubad İbadoğlu və hüquqşünas Şəhla Hümbətova da iştirak ediblər.

Azərbaycanda vətəndaş cəmiyyətinin və medianın vəziyyəti, Bakı ilə İrəvan arasında sülh sazişinin perspektivləri, COP29 konfransının yekunları və ümumilikdə ekoloji problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Turan agentliyinin fəaliyyəti ilə də maraqlanıb, cəmiyyətə obyektiv məlumatların çatdırılmasında müstəqil mətbuatın mühüm rolunu qeyd edib.


www.anews.az
Избранный
18
2
anews.az

3Источники