RU

"The Hill": Tramp Ukraynaya yardım etməyə məcbur oluna bilər

"ABŞ Konqresi Trampı Ukraynaya yardım istəməyə məcbur etmək niyyətindədir".

Bakıvaxtı.az xəbər verir ki, bu, Amerikanın "The Hill" nəşrinin yaydığı məlumatda yer alıb.

Məlumata görə, ABŞ Konqresi Donald Trampın Ağ Evə qayıtması ərəfəsində Ukraynaya yardım haqqında qanunu ləğv edə bilməməsi üçün düzəlişlər üzərində işləyir. Demokratik və Respublikaçı partiyalardakı ukraynapərəst qanunvericilər Ukraynanı dəstəkləyən əsas müddəaların yanvar ayına kimi qəbul edilməsi üçün çalışırlar. 

Qeyd olunub ki, Tramp administrasiyasının hakimiyyətə gəlməsi və Respublikaçıların Konqresə tam nəzarət etməsi səbəbindən təhlükə altında olan yardımları qorumağa ehtiyac var. Nəzərdə tutulan qanun qəbul olunarsa, Trampdan daim Ukraynadan hərbi və iqtisadi dəstək istəməsi tələb olunacaq.

Gülşən Şərif

Избранный
29
bakivaxti.az

1Источники