Fransa Liqa 1-də XII turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, "Monako" "Brest"i qəbul edib. 5 qolun vurulduğu matçda meydan sahibləri "3-2" hesabı ilə qalib gəlib.
"Monako"nun heyətində 5 və 90+1-ci dəqiqədə Maqnes, 24-cü dəqiqədə isə Aleksandr Qolovin fərqlənib. Qonaqların qollarını 50-ci dəqiqədə Abdallah Sima və 90+6-da Ludoviç Ayorkyu vurub.