RU

Azərbaycanda zəlzələ olub

Noyabrın 23-də Laçın rayonu ərazisində zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan  verilən məlumata görə, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Qarabağ və Şərqi Zəngəzurda hiss olunub.

Избранный
17
49
oxu24.com

10Источники