RU

Paşinyan "Qərbi Azərbaycan", Ermənistan Konstitusiyası və Bakı ilə danışıqlar barədə

Noyabrın 22-də Ermənistanın baş naziri Nikol Paşinyan İctimai TV-yə müsahibəsində Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlara toxunub.

Əsasən, o işarə edib ki, cəmiyyət müəyyən stereotiplərdən əl çəkməlidir. "Biz "Qərbi Azərbaycan" ifadəsini eşidəndə qəzəblənirik. Amma düşünmürük ki, biz "Qərbi Ermənistan" deyəndə bu da kimisə qıcıqlandırır",- o deyib.

Onun sözlərinə görə, bu mövzuda danışmağa, səbəbləri və nəticələrini izah etməyə borcludur. Əgər bunu etməsək, bu, dövlətçiliyin itirilməsinə gedən yol ola bilər, Paşinyan qeyd edib.

Ermənistan Konstitusiyasının dəyişdirilməsilə bağlı Bakının tələblərinə toxunaraq güman edib ki, Azərbaycan bunu danışıqları çıxılmaz vəziyyətə salmaq məqsədilə edir.

"Aydındır ki, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var, lakin biz Azərbaycan Konstitusiyasının dəyişdirilməsini tələb etmirik, çünki bu, sülh danışıqlarından uzaqlaşmaq demək olardı. Bundan əlavə, sülh müqaviləsində razılaşdırılmış maddə var ki, tərəflərin heç biri sülh müqaviləsinə əməl etməmək üçün öz daxili qanunvericiliyinə istinad edə bilməz.

Razılaşdırılmış sazişin başqa bir maddəsində qeyd olunur ki, Ermənistan və Azərbaycan bir - birinin ərazi bütövlüyünü tanıyır, bir-birinə qarşı ərazi iddiaları yoxdur və gələcəkdə heç bir ərazi iddiası irəli sürməməyi öhdələrinə götürürlər", - baş nazir deyib.

Sonra Paşinyan Ermənistan və Azərbaycanın məhkəmə iddialarının qarşılıqlı olaraq beynəlxalq instansiyalardan geri çağırılmasının mümkünlüyünü qeyd edib.

"Əgər biz real sülhə can atırıqsa və sülh müqaviləsi imzalayırıqsa, belə razılaşma nəzərdən keçirilə bilər", - o deyib.

Sülh sazişinin razılaşdırılmamış müddəalarına gəlincə, bunlar Bakının tələbləridir: Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Avropa İttifaqının mülki müşahidəçilər missiyasının Ermənistanın Azərbaycanla sərhədindən çıxması, beynəlxalq instansiyalarda hüquqi və diplomatik mübahisələrə son qoyulması.

Avropalı müşahidəçilərin iştirakına toxunan Paşinyan deyib ki, Yerevan qarşılıqlı təklif irəli sürüb: müşahidəçilər sərhədin delimitasiya ediləcək hissələrindən çıxarılsın.

Избранный
27
turan.az

1Источники