RU

“Dünya futboluna maraq azalıb” – Blatter

Böyük turnirlərdə komandaların çoxluğu səbəbindən dünya futbolu maraqsız olub.

KONKRET.az xəbər verir ki, bunu Beynəlxalq Futbol Federasiyasının (FIFA) sabiq prezidenti Yozef Blatter deyib.

O xatırladıb ki, Avropada əvvəllər iki avrokubok var idi – biri yalnız çempionlar, digəri isə ölkə kubokunun qalibləri üçün idi:

“İndi 36 komandanın iştirak etdiyi Çempionlar Liqası, 36 komandanın qatıldığı Avropa Liqası, 36 komandanın iştirakı ilə keçirilən Konfrans Liqası, üstəlik Millətlər Liqası da var. 2026-cı ildə keçiriləcək dünya çempionatına 48 ölkə qatılacaq, əlavə olaraq 2025-ci ildə 32 komandanın iştirakı ilə klublararası dünya çempionatı da keçiriləcək. Bunları yalnız çoxlu pul gətirdiyinə görə alqışlayırlar”.

Blatter qeyd edib ki, turnirlərin və iştirakçıların hədsiz çoxluğu futbola marağın azalmasına gətirib çıxarır.

Избранный
22
4
konkret.az

6Источники