RU

900 min Livan sakini qaçqın düşüb

İsraillə “Hizbullah” hərəkatı arasında gedən döyüşlər səbəbindən 896,3 min Livan sakini evlərini tərk etmək məcburiyyətində qalıb.

Editor.az bildirir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) hesabatında deyilir. Agentliyin məlumatına görə, qaçqınların 51 faizini qadınlar təşkil edir. Livanda məcburi köçkünlər üçün 1173 müvəqqəti sığınacaq var.

Onlardan 975-i artıq tam doldurulub, 188 mindən çox insan qalır. Münaqişə nəticəsində ölənlərin sayı 3,5 mini keçib, 15 mindən çox insan yaralanıb.

Xatırladaq ki, oktyabrın 1-də İsrail ordusu Livanın cənubunda “Hizbullah”a qarşı quru əməliyyatına başlayıb. Bu gecə, noyabrın 23-də İsrail Beyrutun mərkəzinə hava zərbəsi endirib. Nəticədə 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Bu, İsrailin Livanın paytaxtına bu həftə ən azı dördüncü aviazərbəsidir.

//Samir Qurbanov, Editor.az

Избранный
27
editor.az

1Источники