RU

Lüksemburq Deputatlar Palatasının qətnaməsi qərəz və şər-böhtan əsasında hazırlanıb



Lüksemburq Deputatlar Palatasının məlum qətnaməsi reallıqdan tamamilə uzaq, heç bir həqiqətə söykənməyən, sırf qərəz və şər-böhtan əsasında hazırlanmış kağız parçasıdır. Bu sənədin nə hüquqi, nə də siyasi çəkisi yoxdur.

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, lüksemburqlu parlamentarilər hansısa qüvvələrin siyasi sifarişini icra edərək Azərbaycanı hədəfə alıblar.

İctimai Birlik sədri qeyd edib ki, Lüksenburq Deputatlar Palatasının siyasi sifariş əsasında Azərbaycanı hədəfə alması hazırladığı kağız parçasında əksini tapan bəzi məqamlarda da özünü göstərir:

"Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsindən ən az bir ilə yaxın vaxt keçir. Lüksenburqlu parlamentarilər iddia edirlər ki, guya seçki azad və demokratik keçirilməyib. Birincisi, seçki praktikasının təkmilləşdirilməsi sahəsində Azərbaycanın əldə etdiyi irəliləyiş beynəlxalq miqyasda təsdiq edilib. Seçkilər milli qanunlara və beynəlxalq öhdəliklərə tam uyğun keçirilib. Digər tərəfdən, Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi indi niyə yada düşdü? Yaxud, həmin kağız parçasını hazırlayarkən seçki prosesini izləyən büynəlxalq müşahidəçilərin mövqeyini öyrənsələr, sözügedən sənəd daha ədalətli olardı. Ancaq Lüksenburq Deputatlar Palatası Azərbaycan əleyhinə olan qüvvələrin donosları əsasında qərəzli sənəd hazırlamağa üstünlük verib.

Yaxud, sənəddə iddia edilən özbaşına həbslər, fikir və toplaşma azadlığının məhdudlaşdırılması barədə fikirlər də tamamilə reallıqdan kənar və qərəzli yanaşmanın göstəricisidir.


Süleyman
Избранный
55
newscenter.az

1Источники