RU

Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 60,4 milyard manat olub.

Bu barədə Azreform.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə qiymətlərlə 4,6 % çoxdur.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,5 % artaraq 58 milyard manata bərabər olub, onun 45,9 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 592,3 manat və yaxud 1 il əvvələ nisbətən nominal ifadədə 31,6 manat çox vəsait xərcləyib.

Избранный
41
16
azreform.info

10Источники