RU

Minik avtomobili istehsalı 87 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda maşın və avadanlıqlar, nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsalının ümumi dəyəri 643,7 milyon manat olub.

“İki sahil” Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 58,4 %, maşın və avadanlıqların istehsalı 43,2 %, nəqliyyat vasitələrinin istehsalı isə 52,8 % azalıb.

Hesabat dövründə 4 433 ədəd və yaxud 1 il əvvələ nisbətən 86,6 % çox minik avtomobili istehsal olunub. Əvəzinddə traktorn istehsalı 14,7 %, yük avtomobili istehsalı isə 8,7 % azalıb.

Избранный
16
11
ikisahil.az

10Источники