RU

Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü

Noyabrın 16-na keçən gecə Kişinyovda məşhur moldovalı ifaçı İqor Kuçukun yeganə qızı 17 yaşlı Andrea Kuçuk yerli əyləncə klublarından birində ölüb.

Publika.az Bakı.vs-ə istinadla xəbər verir ki, faciəli hadisə qızın oxuduğu Stefan Neaga adına musiqi kollecində birinci kurs tələbələrinin əyləncəsindən sonra baş verib.

Klubdakı bayramın qeyri-rəsmi hissəsində Andrea sinif yoldaşları ilə rəqs edərkən qəfildən halı pisləşib. Qız huşunu itirərək yıxılıb.

Hadisə yerinə iki təcili yardım briqadası cəlb olunub. Həkimlər 52 dəqiqə ərzində intensiv terapiya aparıb və ürək-ağciyər fəaliyyətini bərpa etməyə çalışıblar. Bütün səylərə baxmayaraq, qızı xilas etmək mümkün olmayıb.

Избранный
9
23
publika.az

10Источники