RU

10 min nəfərin imtahanında birinci olan Gülcan: "Valideynlərimlə razılaşmırdım"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Yaşıdlarımdan fərqli olaraq, mənim hələ də smartfonum yoxdur".
Bu sözləri Modern.az-a müsahibəsi zamanı Türkiyədə təşkil olunan və dünya üzrə 9 813 şagirdin iştirak etdiyi 2024 TR - YÖS/2 imtahanında birinci yeri qazanan azərbaycanlı şagird Gülcan Niftəli deyib. O, 500 bal toplayıb.
Müsahibəni təqdim edirik:
- Gülcan, hazırda təhsiliniz necə gedir? Dərslər çətin gəlirmi?
- Öncə diqqət göstərdiyiniz üçün sizə təşəkkür edirəm. Mən Niftəli Gülcan Elnur qızı hazırda Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinfində təhsil alıram. Daha çox TR-YÖS kimi tanınan Türkiyənin ali təhsil məktəblərinə əcnəbi abituriyentlər üçün vahid qəbul imtahanından istədiyim maksimum nəticəni əldə etdiyimə görə, sadəcə, buraxılış imtahanına hazırlaşmaqla kifayətlənirəm. Buraxılış fənlərini yaxşı bildiyim üçün bu imtahana hazırlaşmaq elə də çətin deyil.
- Təhsilinizi harada davam etdirəcəksiniz? Hədəfiniz nədir? Gələcəkdə hansı peşəyə yiyələnmək istəyirsiniz?
- Təhsilimi Türkiyədə davam etdirmək istəyirəm. Hədəfim peşəkar həkim olmaqdır. Anam da həkimdir.
- Uğurunuzun sirri nədir?
- Nizam-intizamla çalışmaq, dərslərimi vaxtlı-vaxtında oxumaq və bilmədiklərimi ən xırdalığına kimi öyrənmək məni uğura apardı. Bunlardan əlavə, yaşıdlarımdan fərqli olaraq, mənim hələ də smartfonum yoxdur, əvvəllər bununla bağlı valideynlərimlə razılaşmasam da, sonralar bunun məni uğura aparan yolda önəmli fakt olduğunu gördüm.
- YÖS imtahanında birinci olmağınızda ailənizin rolu nə qədərdir? Ümumiyyətlə, bu uğurda ən çox əməyi olan kimdir?
- Məncə, ailəmin ən böyük rolu mənə olan sonsuz inamı idi. Və sözsüz ki, üzərimdə ən böyük əməyi olanlar müəllimlərim - Mahir Abdürrəhmanov və Elvüqar Məmmədovdur. Onlara çəkdikləri əziyyətə görə minnətdaram.
- Həyatda örnək aldığınız kimsə varmı?
- Həyatda örnək aldığım şəxslər valideynlərimdir. Onlar mənə işlərində peşəkar və ən önəmlisi - vicdanlı, təmizqəlbli insanlar olmaqla örnəkdirlər.
Избранный
18
oxu.az

1Источники