RU

Dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə şərti cəza verildi

Astara Rayon Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmada təqsirləndirilən Namiq Rəfiyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

SeherXeber.org xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Rəfiyevə şərti cəza verilib.

İttihama görə, hadisə 30 yanvar 2024-cü il tarixdə Astara rayonunun kəndlərindən birində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Namiq Rəfiyev dayısı qızı, 14 yaşlı Səma Məmmədovanı (şərti) onun razılığı ilə evlənmək məqsədi ilə yaşadığı evə aparıb və ər-arvadı kimi yaşayıb.

Hadisədən sonra Namiq Rəfiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Избранный
12
15
seherxeber.org

10Источники