RU

“Paşinyana qarşı impiçment prosesi başlamalıdır” – Surenyants

 

“Ermənistanın baş naziri Nikol Paşinyan, “İctimai” televiziya kanalına verdiyi müsahibəsində bildirib ki, artıq özünə suallar vermək vaxtı keçib və o artıq bu sualı ətrafına verməlidir. Bu, o deməkdir ki, Paşinyan öz komandasını təhdid edərək, onları şantaj və göstərişlərə məruz qoymaq niyyətindədir”.

Yenicag.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, sözləri politoloq Suren Surenyants deyib.

Analitik Paşinyanın bu yanaşmasını təhlil edərək, Baş nazirin son dövrlərdəki bir sıra vəzifə dəyişikliklərini bununla əlaqələndirib. Onun sözlərinə görə, Paşinyan komandası ilə əlaqədar olan məsələləri, xüsusilə də son istefaları SMS mesajları vasitəsilə həyata keçirib ki, bu da ondan əvvəlki təcrübəsindən irəli gəlir.

Surenyants qeyd edib ki, Paşinyan, komandası ilə bağlı məsələləri həll edərkən yazılı sübutlar toplamağa çalışır.

“Bu, bir növ, komanda üzvlərinə qarşı şantaj edərək, onları gələcəkdə təzyiq altında saxlamaq məqsədini güdür. Bu cür idarəetmə metodu qanunaziddir”, – deyə politoloq əlavə edib.

O, həmçinin Paşinyanın son açıqlamalarının Ermənistanın Konstitusiyasını pozduğunu vurğulayıb.

“Paşinyan açıq şəkildə qeyd edir ki, o, Konstitusiyanı əhəmiyyətsiz sayır. Bu, hər hansı bir qanun pozuntusunun əlamətidir”, – deyə Surenyants əlavə edib.

Surenyants Ermənistan parlamentinin Paşinyana qarşı imtina və ya impiçment prosesini başlatmalı olduğunu vurğulayıb. Politoloq, həmçinin növbəti parlament seçkiləri hazırlığının başladığını, lakin erkən seçkilərin yaxın bir zamanda keçirilməsini gözləmədiyini qeyd edib.

Rafi Müslümov

Избранный
27
yenicag.az

1Источники