RU

Eksternat imtahanları üçün sənəd qəbulu başlayır

Bakı. Trend:

Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tamorta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçüneksternat qaydasında keçiriləcək imtahanlara sənəd qəbulubaşlayır.

Trend xəbər verir ki, bubarədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən təhsilmüəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta vəya tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərin sənədqəbulu noyabrın 23-dən dekabrın 14-dək həyata keçiriləcək.

Eksternat imtahanlarında iştirak etmək istəyən şəxslər müvafiqsənədlərlə BŞTİ-yə müraciət edə bilərlər.

Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlifsəbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vurabilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı veribmüvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tamorta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahanMərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etməkhüququna sahib olacaqlar.

Əlavə sualı olan vətəndaşlar BŞTİ-nin Çağrı Mərkəzinə (146-1)zəng etməklə məlumat ala bilərlər.

Избранный
9
19
az.trend.az

10Источники