RU

Putindən Qərbə növbəti GÖZDAĞI: “Avropadakı bütün hədəflər vurula bilər”

Putin Rusiyanın Ukraynadakı hərbi obyektə hücum zamanı nüvəsiz hipersəs “Oreşnik” raketinin uğurla sınaqdan keçirildiyini açıqlayıb.

 

Sfera.az bildirir ki, bu barədə o, Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi, hərbi sənaye və raket sistemləri istehsalçılarının nümayəndələri ilə görüşdə danışıb.

 

Putin Rusiyanın bu gün yeni təhdidlərlə üzləşdiyinə diqqət çəkib: “Bu səbəbdən belə silahların hazırlanması ilə bağlı araşdırmalar ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Dünən sınaqdan keçirilmiş silah sistemi Rusiyanın ərazi bütövlüyü və suverenliyinin möhkəm qarantıdır. Dünyada buna bənzər silah yoxdur. Bu gün dünyanın bu raketə qarşı durmaq və qarşısını almaq üçün heç bir aləti yoxdur. Biz yeni silah sistemlərini sınaqdan keçirməyə davam edəcəyik”.

 

“Oreşnik” raketinin strateji silah olmadığını vurğulayan Putin, bu raketin kütləvi istehsal edilərək Rusiya Strateji Raket Qüvvələrinin istifadəsinə veriləcəyi barədə məlumatı da paylaşıb. Təhlükəsizlik təhdidlərindən asılı olaraq müharibə şəraitində belə sınaqları davam etdirəcəklərini bildirən Rusiya lideri, bunun üçün lazımi potensiala sahib olduqlarını bildirib.

 

““Oreşnik”dən başqa, Rusiyada sınaqdan keçiriləcək çoxsaylı sistemlər var. Bu sistemlər sınaqdan keçirildikdən sonra kütləvi istehsala başlanılacaq. Beləliklə, orta və qısa mənzilli silah qrupumuz olacaq. Müharibənin bütün məqsədlərinə çatacağıq. Rusiyanın təhlükəsizliyi də möhkəm şəkildə təmin ediləcək”, - Putin vurğulayıb.

 

İclasda iştirak edən Rusiya Strateji Raket Qüvvələrinin baş komandanı Sergey Karakayev bəyan edib ki, dünyada “Oreşnik” raketinə bənzər sistem yoxdur:

 

“Bu silah müəyyən edilmiş missiya və məsafədən asılı olaraq bütün Avropadakı hədəfləri vura bilər”.

 

Günay

Sfera.az

Избранный
38
sfera.az

1Источники