RU

"Atletico" Madrid sosial medianın ən yaxşısı seçildi

"Atletico" Madrid sosial medianın ən yaxşısı seçildi

"Atletico" Madrid SFS Awards-da "Ən yaxşı rəqəmsal və sosial media komandası" mükafatına layiq görülüb.İspaniyanın "Atletiko Madrid" klubu Romadakı Sala Protomoteca del Campidoglio-da klubların futbol ünsiyyəti sahəsində uğurlarını mükafatlandıran "Social Football Summit Awards 2024" mərasimində dünya miqyasında nüfuzlu "Ən yaxşı Rəqəmsal və Sosial Media Komandası" mükafatını alıb. "Atletico" Madrid mükafatı Romada klub, qurum və sektorun aparıcı şirkətlərinin nümayəndələrinin iştirak etdiyi mərasimdə alıb.Mükafat Madrid təmsilçisinin yaradıcılıq, texnologiya və hekayəni birləşdirə bilən innovativ və cəlbedici məzmun yaratmaqda uğuruna görə verilib. Klubun emosiyaları, dəyərləri və nailiyyətlərini rəqəmsal media vasitəsilə ötürmək bacarığı onu təkcə azarkeşləri üçün deyil, həm də bu sahənin peşəkarları üçün önəmli nümunə olub.Bu mükafat hər il futbol sənayesində uğurlu nümunələri mükafatlandıran böyük beynəlxalq nüfuzlu tədbir olan “SFS Awards 2024” çərçivəsində verilib.Mənbə: DHA

Избранный
26
afn.az

1Источники