RU

Ekspert: Zamanla Azərbaycan dilindən əldə edilən nəticə xarici dillərlə eyni olacaq

Abituriyentlərin buraxılış imtahanlarında Azərbaycan dili fənnindən göstərdikləri nəticələrinin ingilis dilinə nisbətdə zəif olması ilə bağlı müəllimlər arasında sosial mediada müzakirələr edilir.
Onların bir qismi bunu Azərbaycan dili fənnindən imtahan suallarının çətin olması, uşaqların ana dilini bilməməsi ilə, digər qismi isə ingilis dilində mövzuların daha az və vahid istiqamətdə olması ilə əlaqələndirir.
Maraqlıdır, bəs görəsən, abituriyentlərin imtahanda ingilis dili fənnindən daha yüksək nəticə göstərməsinin səbəbi nədir?

Məsələ ilə bağlı danışan Ali təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli “Sherg.az”a  bildirib ki, problem hər kəsi narahat edir:           

"Əslində Azərbaycan dili dərslikləri klassik formadan oxuyub- anlama, təhliletməyə yönəldiyi üçün şagirdlər, müəllimlərə çətinliklər yaradır. Fikrimcə, müəyyən zaman keçdikdən sonra Azərbaycan dilindən əldə edilən nəticə xarici dillərlə eyni səviyyədə olacaq. Nəzərə almaq lazımdır ki, inteqrasiya tək kitabın çap olunması demək deyil. Eyni zamanda tədris prossesində iştirak edənlər də yeni metoda alışmalıdırlar. Bunun üçün isə zamana ehtiyac var. Qeyd edim ki, Azərbaycan təhsilində ən böyük problemlərdən biri şagirdlərin və tələbələrin xarici dil biliyinin zəif olmasıdır. Hazırda məktəblərdə xarici dil kimi ingilis, rus, alman, ərəb, fransız, fars dilləri tədris olunur. Buna baxmayaraq, şagirdlər orta məktəbi həmin dilləri yaxşı mənimsəməmiş şəkildə bitirirlər. Ona görə də əksər valideynlər övladının xarici dilə yaxşı yiyələnməsi üçün ya repetitor yanına, ya da əlavə kurslara yazdırırlar. Qeyd edək ki, xarici dil səviyyənizin yüksək olmasının bir çox mühüm üstünlükləri var. Məsələn, xarici dil biliyi yaxşı olan şəxslər daha tez və pestijli iş tapmaq imkanına malik olurlar. Bu da müəyyən qədər şagirdlərin nəticələrinə təsir edir. ".
Избранный
24
sherg.az

1Источники