RU

ICAPP-ın 12-ci Baş Assambleyası başa çatıb (FOTO)

Bakı. Trend:

Noyabrın 23-də Kamboca Xalq Partiyasının (KXP) ev sahibliyi iləbu ölkənin Pnompen şəhərində Asiya Siyasi Partiyaları BeynəlxalqKonfransının (ICAPP) 12-ci Baş Assambleyasının 4-cü plenar iclası,Asiya Mədəniyyət Şurasının (ACC) 3-cü iclası və ICAPP MediaForumunun 7-ci iclası keçirilib.

Trend xəbər verir ki, “Sülhvə barışıq axtarışı” mövzusunda keçirilən dördüncü plenar sessiyadaYeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatınrəhbəri Tahir Budaqov da iştirak edib.

İclasda dünyada artan münaqişələrin regional və qlobaltəhlükəsizliyə çoxsaylı təhdidlər yaratdığı vurğulanaraq bütünsiyasi partiyalar sülh naminə əməkdaşlığa dəvət olunub.

Asiya Mədəniyyət Şurasının “Sülh və barışığın təşviqi naminəmədəni müxtəliflik” mövzusunda keçirilən 3-cü iclasında AzərbaycanıYAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlərşöbəsinin məsləhətçisi Nizami Məmmədov təmsil edib. İclasdaxalqların mədəni özünəməxsusluğunun qorunmasının, sülh və barışıqnaminə mədəniyyətlərarası dialoqun təşviqinin əhəmiyyətindən bəhsolunub.

ICAPP Media Forumunun “Rəqəmsal era kontekstində saxtaxəbərlərlə mübarizə” mövzusunda keçirilən 7-ci iclasında isə YAPMərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətləəlaqələr şöbəsinin aparıcı məsləhətçisi, Yeni AzərbaycanPartiyasının media qurumu olan Yeni TV-nin aparıcısı NurlanaMehdiyeva çıxış edib. O, qlobal çağırışlar fonunda informasiya vəkommunikasiya texnologiyalarının inkişafının ayrı-ayrı xalqlarınhəyatına və dövlətlərin siyasətinə təsirlərindən bəhs edib. Qeydolunub ki, bir sıra dövlətlər və ya dövlətlərin dəstəyi ilətəşkilatlanmış qruplar beynəlxalq ictimai rəyi yanlış istiqamətəyönləndirmək üçün vaxtaşırı qarayaxma kampaniyaları aparırlar.

N.Mehdiyeva diqqəti həm Azərbaycan torpaqlarının 30 ilə yaxınişğal altında saxlanıldığı zaman, həm İkinci Qarabağ müharibəsiərəfəsində, həm də postmüharibə dövründə ölkəmizə qarşı aparılanqarayaxma kampaniyalarına yönəldib. Regionda bir münaqişə ocağınınsöndüyü ərəfədə ayrı-ayrı dairələrin məhz media platformasındanistifadə edərək birtərəfli, qərəzli və bugünkü reallıqladaban-dabana zidd olan feyk məlumatlar yaymağa çalışdığını deyənNurlana Mehdiyeva bunun sabitlik və inkişafa hədəflənmiş CənubiQafqaz yolunda başlıca maneələrdən olduğunu diqqətə çatdırıb. Eynizamanda, bu günlərdə Azərbaycanın ev sahibliyi ilə keçirilənBMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası – COP29 zamanı da həmin dairələrinölkəmizə qarşı informasiya hücumunun növbəti dalğasına startverdikləri qeyd olunub.

Sonda N.Mehdiyeva media nümayəndələrini səyləri birləşdirərəkdezinformasiya və media manipulyasiyası kimi mənfi niyyət güdənfəaliyyətlərə qarşı mübarizədə vahid mövqe nümayiş etdirməyəçağırıb.

İclasın sonunda ICAPP Media Forumunun fəaliyyət qaydalarını vəmüzakirələrin əsas nəticələrini özündə əks etdirən Pnompen Bəyanatıqəbul olunub.

Daha sonra Kamboca Krallığının baş naziri, Kamboca XalqPartiyasının vitse-prezidenti və ICAPP-ın 12-ci Baş Assambleyasınınprezidenti Hun Manetin sədrliyi ilə Assambleyanın bağlanış mərasimiolub. Tədbirdə aparılmış müzakirələrin əsas məzmununu özündə əksetdirən Pnompen Bəyannaməsi qəbul edilib.

Həmin gün tədbir iştirakçılarının Kamboca Krallığının xüsusihüquqi sənədlər mərkəzinə və “Vin-Vin” abidəsinə ziyarəti təşkilolunub.

ICAPP-ın
ICAPP-ın
ICAPP-ın
ICAPP-ın
ICAPP-ın
Избранный
9
6
az.trend.az

7Источники