RU

Qanalı nümayəndə: İqlim problemlərinin həllinə əsas töhfəni inkişaf etmiş ölkələr verməlidir

İnkişaf etmiş ölkələr iqlim fondlarının maliyyələşdirilməsində aparıcı rolu öz üzərinə götürməlidirlər.

“Report” xəbər verir ki, bunu Qana nümayəndə heyətinin üzvü Erik Kofi Afornorpe COP29 iqlim konfransının kuluarlarında jurnalistlərə açıqlamasında bildirib.

"İnkişaf etmiş ölkələr tarixən ətraf mühitin əsas çirkləndiriciləridir və məhz onlar iqlim problemlərinin həllinə əhəmiyyətli töhfə verməlidirlər. Biz Yaşıl İqlim Fondu, Adaptasiya Fondu, İtki və Zərəri Kompensasiya Fondu yaratmışıq, lakin bunlar kifayət deyil. İnkişaf etməkdə olan ölkələr ətraf mühitin çirklənməsində az paya malik olsalar da, adekvat maliyyə dəstəyindən məhrumdurlar", - Afornorpe qeyd edib.

Onun sözlərinə görə, 2030-cu ilə qədər Paris iqlim sazişinin məqsədlərinin yerinə yetirilməsi hazırda əhəmiyyətli maliyyə resursları tələb edir.

"Biz ümid edirdik ki, COP29-da uzunmüddətli maliyyə məqsədləri ilə bağlı razılıq əldə olunacaq. Lakin hətta 250 milyard ABŞ dollarını səfərbər etsək belə, bu, dəryada bir damladır. Yaşıl İqlim Fondu tükənib, adaptasiya tədbirlərinin maliyyələşdirilməsi azaldılıb, İtki və Zərəri Kompensasiya Fondu isə boşdur. Bu, hamı üçün, xüsusilə də artıq iqlim dəyişikliyinin nəticələri ilə üzləşən inkişaf etməkdə olan ölkələr üçün böyük risklər yaradır", - Qanadan olan nümayəndə bildirib.

Избранный
20
far.az

1Источники