RU

"COP29 ölkəmizin gələcəkdə iqtisadi potensialını gücləndirəcək" - AÇIQLAMA

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, COP29 ekoloji məsələlərlə yanaşı digər sahələrdə də müzakirə mərkəzi oldu. Sammit çərçivəsində bir çox əməkdaşlığa qapı açıldı.

Bəs COP29 Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan  iqtisadçı Eyyub Kərimli bildirdi ki, COP29 gələcəkdə ölkəmizin yaşıl enerji sahəsində potensialının gücləndirilməsi, ixracatı, yeni texnologiyalarının tətbiqinə təsir göstərəcək.

"COP-un ölkə və regional iqtisadiyyata müsbət təsirləri müşahidə olunacaqdır. Belə ki, ölkəmiz üçün unikal imkanlar yarandı. Həm siyasi, həm iqtisadi sahədə öz imkanlarını və potensialı eləcə də yaşıl və alternativ enerji sahəsində ölkəmizin həyata keçirdiyi fəaliyyətlər xarici ölkələrə təqdim edildi. Belə olduğu halda onların ölkəmizə marağı artır və bu baxımdan beynəlxalq şirkətlər Azərbaycana investisiya qoymağa çalışacaqlar. Bu da gələcəkdə ölkəmizin yaşıl enerji sahəsində potensialının gücləndirilməsi, ixracatı, yeni texnologiyalarının tətbiqinə müsbət təsir göstərəcək ki, bu da ümumilikdə həm ölkəmizin qeyri-neft sektorunun, əmək bazarının inkişafına, yerli kadrların hazırlanmasına yardım edəcək".

Ekspertin sözlərinə görə, yaşıl enerji istehsalı yeni iş sahələrinin yaranmasına zəmin yaradacaq.

"Həmçinin bununla bağlı digər sahələrin də inkişafını müşahidə edəcəyik. Bu gün yaşıl enerji istehsalı üçün yeni müəssisələr, texnologiyalar, istehsal sahələri açılması zəruri olur ki, bu da yeni ixtisasların, peşələrin yaranmasına, digər tərəfdən yeni mütəxəssislərin cəlb olunmasına öz təsirini göstərəcəkdir. Bunlarla yanaşı, ölkəmizin iqtisadiyyatının yeni tələblərin və trendlərin çağırışlarına cavab verməsinə öz müsbət töhfələrini verəcək. Belə ki, hazırda həm sahibkarlıq subyektləri, həm iqtisadi subyektlərimiz, ətraf mühitin qorunması, emissiyaların azalması və fəaliyyətlərin yaşıl iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması üçün artıq beynəlxalq təcrübədən bəhrələnəcəklər. Bu da sözsüz ki, ölkəmizin yeni iqtisadi nailiyyətlərini şərtləndirəcək bir amil olacaqdır".

Türkan İSGƏNDƏRLİ

Избранный
26
redaktor.az

1Источники