RU

“Bütün təhsil müəssisələri komputerlə təmin olunmalıdır”

“Ölkə vətəndaşlarının informasiyaya əlçatanlığı günü-gündən artır. Bununla yanaşı, texnoloji alətlərlə istifadə yüksək səviyyədə olmalıdır. Bu gün əsas hədəf məktəblərdə internetin yaxşılaşdırılmasıdır”.

Bu sözləri Hit.az-a təhsil eksperti Elçin Əfəndi deyib.

O bildirib ki, ölkədə olan 4400-dan təhsil müəssisəsinin hər birində şagirdlərin və müəllim heyətinin internetə çıxışı yaxşılaşdırılmalıdır. Daha sonra şagirdlərin fərdi şəkildə komputerlə təmin olunmasına çalışmalıyıq:

 “Məktəblilərin rəqəmsal bacarıqlarının formalaşması onların bilik və bacarıqlarının inkişafına müsbət təsir edəcək. Bu gün dünyanın əksər ölkələrində onlayn üzərində tədrisə üstünlük verilir. Bu əsasdan çalışmaq lazımdır ki, bütün təhsil müəssisələri komputerlə təmin olunsun”. 

Sevinc

Избранный
21
hit.az

1Источники