RU

70 kq qızılla tutulan polkovnik-leytnantın SAXLANILMA ANI - YENİLƏNİB - VİDEO

 

 

Türkiyənin İstanbul şəhərində "Vadi İstanbul" ticarət mərkəzinin yaxınlığında taksidə üzərində 70 kiloqram qızılla saxlanılan azərbaycanlının saxlanılma anının kadrları yayılıb.

Milli.Az "Anadolu Ajansı" istinadən xəbər verir ki, bu barədə görüntülər paylaşılıb.

Bildirilib ki, Türkiyə mətbuatında M.Q.Ş. kimi təqdim edilən şəxs qızıl qaçaqmalçılığı ilə bağlı ittiham olunur.

Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq onu dərhal ölkəyə geri çağırıb və barəsində araşdırmalara başlayıb.

---------------

Türkiyədə "Vadi İstanbul" ticarət mərkəzinin yaxınlığında taksidə üzərində 70 kiloqram qızılla saxlanılan azərbaycanlı hərbi attaşe ilə bağlı yeni detallar məlum olub.

"Müsavat" xəbər verir ki, Türkiyə mətbuatında M.Q.Ş. kimi təqdim edilən həmin şəxs polkovnik-leytenant Məmmədov Qəhrəman Şamil oğludur.

Türkiyə mediasının yaydığı məlumata əsasən, o, qızıl qaçaqmalçılığı ilə bağlı ittiham olunur.

Hadisənin mahiyyəti Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı aşkar edilib və 70 kiloqram qızılın qaçaq yolla daşınması ittihamların mərkəzində dayanır.

Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq onu dərhal ölkəyə geri çağırıb və barəsində araşdırmalara başlayıb.

Məlumata görə, o, əvvəllər Azərbaycanın dövlət strukturlarında, xüsusən də 2017-2021-ci illərdə Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə çalışıb. 

Bildirilir ki, qaçaqmalçılıq əməliyyatı Səudiyyə Ərəbistanı ərazisindəki müəyyən ticarət və tranzit əlaqələri vasitəsilə həyata keçirilib. Diplomatik toxunulmazlıq hüququndan istifadə olunaraq qızılın sərhəd keçidlərində yoxlanışdan kənar daşındığı ehtimal olunur. Hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində bu şəbəkənin bir hissəsi olaraq onun adının hallandığı bildirilir.

Araşdırmalar göstərir ki, ittiham olunan diplomat ya qaçaqmalçılıq şəbəkəsinin birbaşa iştirakçısı olub, ya da bu əməliyyata bilərəkdən və ya bilməyərəkdən cəlb edilib. Hələlik məsələ ilə bağlı istintaq davam edir və hadisənin tam mənzərəsi aydınlaşmayıb.

Bu qalmaqalın üzə çıxması ilə bir sıra suallar yaranır:

1. Qaçaqmalçılıq əməliyyatının arxasında hansı şəbəkə dayanır?
2. Şəbəkənin digər iştirakçıları kimlərdir? M.Q.Ş. bu işdə hansı rolu oynayıb?
3. Bu hadisə Azərbaycana qarşı xarici qüvvələr tərəfindən məqsədli təxribatdırmı, yoxsa fərdi hüquq pozuntusu?

Azərbaycan tərəfi məsələni beynəlxalq hüquq çərçivəsində ciddi şəkildə araşdırmaq niyyətindədir. Belə hadisələrin gələcəkdə təkrarlanmaması üçün daha sərt nəzarət və tədbirlərin görüləcəyi gözlənilir.   

Qeyd edək ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış Qəhrəman Məmmədov hazırda Səudiyyə Ərəbistanıda hərbi attaşe kimi fəaliyyət göstərir.

Hadisə ilə bağlı hələ ki Azərbaycanın rəsmi qurumları açıqlama yaymayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
13
olaylar.az

10Источники