RU

ABŞ-nin rəhbərlik etdiyi Qərb ölkələri iqlim maliyyəsi üçün məsuliyyətdən yayınır - "Power Shift Africa"

Bakı. Trend:

ABŞ-nin rəhbərlik etdiyi Qərb ölkələri iqlim maliyyəsi üçünməsuliyyətdən yayınır.

Trend xəbər verir ki, bunuCOP29 çərçivəsində jurnalistlərə açıqlamasında "Power ShiftAfrica"nın təsisçisi Məhəmməd Adou deyib.

"İndi bizim razılaşmaya ehtiyacımız var. İnsan həyatları təhlükəaltındadır və biz zəngin dünyaya məsuliyyətdən yayınmağa imkan verəbilmərik. Hazırda gördüyümüz şey ABŞ tərəfindən təşkil olunan birnöv "böyük qaçışdır", arxasında inkişaf etmiş ölkələr dayanır. Ammabiz Bakıda uğursuzluğa yol verə bilmərik. Zəngin dünya bu anıntarixi fürsətini tanımalı və buna uyğun hərəkət etməlidir", - obildirib.

Nümayəndə əlavə edib ki, inkişaf etməkdə olan ölkələr razılaşmamətni tələblərə uyğun olana qədər işləyəcəklər.

"Əgər razılaşmaya gəlməsək ki, inkişaf etmiş ölkələr özöhdəliklərini yerinə yetirərək ən azı 600 milyard dollar məbləğindəqrant və aşağı faizli maliyyə təmin edəcəklərsə, qalan vəsaitlərisə kollektiv öhdəliklərin yerinə yetirilməsi üçün səfərbərediləcəksə, bu, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün kifayətetməyəcək. Bundan daha azı heç bir şeyə kömək etməz", - o qeydedib.

Избранный
36
2
az.trend.az

3Источники