RU

Zaxarova Britaniya haqqında açıqlama yayıb

“Böyük Britaniyanın Rusiyaya qarşı müharibədə iştirak etməməsi arqumenti təhlükəlidir”.

Busaat.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Telegram” hesabında paylaşıb.

O, bildirib ki, bəzi yerli və beynəlxalq ekspertlər Britaniyanın anti-Rusiya hibrid müharibəsində o qədər də iştirak etmədiyi fikrini irəli sürməyə başlayıblar. Bu cür yanaşma gülməli və bir o qədər də təhlükəlidir.

Zaxarova ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Key Starmerin 2024-cü ilin sentyabrında Vaşinqtonda apardıqları danışıqlarda verdiyi açıqlamalara diqqət çəkib:

“Bayden xüsusilə, Böyük Britaniyanın Ukrayna istiqamətində aparıcı roluna görə baş nazirə təşəkkür edib”.

Zeyd Bağırzadə

Избранный
26
1
busaat.az

2Источники