RU

Zəfər Yolunda 51 elektron tərəzi quraşdırılacaq

Fins.az - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, ölkənin avtomobil yollarının qorunması məqsədilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin quraşdırılması işlərini davam etdirir.

Bu çərçivədə Zəfər Yolu üzərində elektron tərəzinin quraşdırılmasına başlanılıb.

Yeni texnologiya əsasında fəaliyyət göstərən elektron tərəzilərin quraşdırılması prosesi iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə 11 yerdə 17 tərəzi, ikinci mərhələdə isə 20 yerdə 34 tərəzi quraşdırılacaq. Ümumilikdə, 31 yerdə 51 tərəzi qurulması planlaşdırılır. Layihənin 2026-cı ilin sonlarına qədər yekunlaşması gözlənilir.

Избранный
18
fins.az

1Источники