Şiddətli yağışların təsirli olduğu Konqo Demokratik Respublikasında baş verən sürüşmə nəticəsində səkkizi eyni ailədən olan azı 9 nəfər ölüb.Mərkəzi Afrika ölkəsi Konqo Demokratik Respublikasının şərqində leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 9 nəfər həyatını itirib. Regional idarəçi Tomas Bakenqa ölənlərdən yeddisinin uşaq olduğunu açıqlayıb.“Reuters”in məlumatına görə, Bakenqa Cənubi Kivu bölgəsinin Kabulu rayonunda bir nəfərin torpaq sürüşməsi nəticəsində həyat yoldaşı və 7 uşağını itirdiyini bildirib. Bakenqanın açıqlamasına görə, sürüşmə nəticəsində daha bir uşaq həyatını itirərkən, itkin düşənlər üçün başladılan axtarış-xilasetmə işlərinin davam etdiyi, leysan yağış və torpaq sürüşməsi nəticəsində can itkisinin arta biləcəyi bildirilib. Yerli qeyri-hökumət təşkilatı bildirib ki, 7 ev torpaq sürüşməsində uçub, 31 evə ziyan dəyib. Təşkilat leysan yağış və torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 10 olduğunu açıqlayıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта