İstanbul boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Gəmilərin hərəkətinin dayandırılmasına səbəb suda balıqçı qayıqlarının torlarının bir-birinə dolaşması göstərilib.
Gəmilərin hər iki tərəfdən hərəkətinin tezliklə bərpa ediləcəyi bildirilib.