RU

“Ukrayna münaqişəsi artıq regional deyil...”

Ukrayna münaqişəsi “artıq regional müharibə deyil” və buna görə də Almaniya “hərbi imkanlara” daha çox pul xərcləməlidir.

SİA-nın məlumatına görə, DPA xəbər verir ki, bu barədə şənbə günü Almaniyanın müdafiə naziri Boris Pistorus bildirib.

Pistorius deyib ki, Rusiya prezidenti Vladimir Putin “çoxdan tamamilə hərbi iqtisadiyyata keçib” və indi Rusiya üç ayda bütün Avropa İttifaqının bir ildə istehsal etdiyi qədər silah və sursat istehsal edir.

Nazir Putinin oktyabrın sonundakı çıxışına da toxunub. Alman siyasətçinin sözlərinə görə, Rusiya lideri “artıq özünü ukraynalılarla münaqişədə qalib kimi görür”. ...Təhlükəsizliyimiz kövrək bir aktivdir.

Bunu da Pistorius deyib.

Almaniya sürəti artırmalı və "hərbi imkanlarına" daha çox sərmayə qoymalıdır.

...Cümə axşamı Vladimir Putin bildirib ki, Ukraynadakı münaqişə qlobal xarakterli elementlər alıb.

Əli Babayev

Избранный
24
sia.az

1Источники