RU

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

 ABŞ-da prezident seçilmiş Donald Tramp (Donald Trump) ilə yaxın əlaqələrinə görə diqqət mərkəzində olan "X" (əvvəlki adı ilə "Twitter") platformasının sahibi İlon Mask, sosial media istifadəçilərinin alternativ platformalara keçidinə səbəb olub.

Xüsusilə amerikalı istifadəçilər arasında populyarlaşan "Bluesky" platformasının istifadəçi sayının 20 milyonu keçdiyi elan edilib.  

Valyuta.az "NTV"ə istinadən xəbər verir ki, İ.Mask ABŞ prezident seçkilərində Donald Trampın uğur qazanmasında təsirli olduğu üçün tənqid edilir. Milyarderin idarə etdiyi platformada dəyişikliklər və Tramp administrasiyası ilə əlaqələri bəzi istifadəçilərin narazılığına səbəb olub.  

Bir sıra məşhurlar, futbol klubları və populyar xəbər səhifələri "X" platformasında paylaşım etməyi dayandırdıqlarını elan ediblər.  

"Bluesky" 20 milyonu keçdi  

"X" platformasına rəqib kimi ortaya çıxan "Bluesky", xüsusilə ABŞ-da seçki həftəsindən sonra böyük sürətlə inkişaf edib. "X"dəki dəyişikliklər və Maskın siyasətlə əlaqələri səbəbindən istifadəçilər bu alternativ sosial media platformasına yönəliblər.  

"Threads" rəqabəti geridə qaldı  

"Bluesky", istifadəçi sayını 20 milyondan çox artırmaqla yanaşı, bəzi mühüm göstəricilərdə "Meta" şirkətinə məxsus "Threads" platformasını geridə qoymağa başlayıb.  

Baş direktor Cey Qreberin sözlərinə görə, son həftədə hər gün təxminən 1 milyon yeni istifadəçi platformaya qoşulub. Bu göstərici "Bluesky" üçün əhəmiyyətli bir artım olaraq qiymətləndirilir.  

HƏMÇİNİN OXU: “Bluesky” 24 saata 1 milyon yeni istifadəçi qazandı

Qeyd edək ki, son olaraq Almaniyanın Bundesliqa komandası "Verder Bremen", Maska etiraz olaraq "Bluesky" platformasına keçdiyini açıqlayıb.  

Rəhim

Избранный
28
valyuta.az

1Источники