RU

Bal almağa getmişdi: 100 milyon qazandı

Rusiyanın paytaxtı Moskvada qadın gözlənilməz anda lotereyadan milyonlarla pul udub.   Manset.az Lent.az-a istinadla bildirir ki, şəhər sakini Katerina P. bir gecə bal almaq üçün evinin yanında yerləşən ticarət mərkəzinə gedib və eyni zamanda oradan bir neçə lotereya bileti alıb. Bir biletdən qoruyucu təbəqəni silən qadın 100 milyon rubl udub. Yenicə milyonlar qazanan şanslı qadın ad günü tarixinə əsasən rəqəm hesabladığını etiraf edib.

Qalib bu pulla kottec tikəcək, həmçinin uşaqlara özlərinə mənzil almaları üçün pul verəcək.

Избранный
26
manset.az

1Источники